Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus vurub.
Tribunainfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
Belə ki, piyada avtomobillərin arası ilə qaçaraq avtobus zolağına keçmək istəyib.
Bu zaman 9 saylı marşrut üzrə hərəkət edən avtobus onu vurub.
“Saatda 30-35 km sürətlə gedirdim. İldırım kimi qarşıma çıxdı. Yüngül xəsarət alıb”, – deyə avtobusun sürücüsü Elşad Babayev bildirib.