EN

Azərbaycanlı komandasını xilas etdi, mövsümü 14 qolla başa vurdu

Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşov çıxış etdiyi Berlin "Dinamo"sunu məğlubiyyətdən xilas edib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu Almaniyada Şimal-Şərq Regionalliqanın sonuncu - 34-cü turu çərçivəsində evdə "Zvikkau" ilə heç-heçə edib - 2:2.

Bütün matçı meydanda keçirən Dadaşov 80-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib və “Dinamo”ya 1 xal qazandırıb.

Berlin klubu xalını 49-a çatdıraraq mövsümü 8-ci yerdə, Dadaşov isə 14 qolla başa vurub.

33 yaşlı forvard 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda 5 qol vurub. O, 2023-cü ildən "Dinamo"nun formasını geyinir.

Chosen
0
1
sportinfo.az

10Sources