“Nant” baş məşqçi Antuan Kombuare ilə yollarını ayırdığını elan edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti açıqlama yayıb:
“Çətin dövrdən sonra klub hesab edir ki, yeni bir dövrə ehtiyac var”.
“Nant” bu mövsüm Liqa 1-də turnir cədvəlinin 13-cü pilləsində qərarlaşaraq, elitada qalıb. Komanda pley-off zonasından cəmi 3 xal fərqlə mövsümü başa vurub.