EN

Trampın sevimli yeməyi bu imiş - FOTO

Ağ Evdə keçirilən mətbuat brifinqində uşaqlar jurnalistləri əvəz ediblər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, uşaqların verdiyi suallar bir çox insanın marağında olan məsələlərlə bağlı olub.

- Prezident Donald Tramp qucaqlaşmağı sevirmi?

"Əlbəttə, düşünürəm ki, Prezident qucaqlaşmağı sevir," - deyə Ağ Evin mətbuat katibi Karoline Leavitt cavab verdi.

- Onun sevimli yeməyi nədir?

"O, iri və gözəl bişmiş bifsteyki çox sevir," - Leavitt bildirib.

Bu tədbir "Övladlarımızı işə aparaq" günü münasibətilə təşkil olunmuşdu. Tədbir çərçivəsində Ağ Ev, jurnalistlərin və işçilərin övladlarını mətbuat brifinq zalında qarşılayıb. Leavitt özü də balaca oğlunu tədbirə gətirib.

Uşaqlar valideynlərinin əyləşdiyi oturacaqlarda oturaraq, yüksək səslə və məsum suallarla Prezident Trampın ən sevdiyi dondurma növünü (şokolad sousu və əlavələrlə dondurma deserti) və özündən başqa ən sevdiyi ABŞ prezidentini (Karoline Leavittin təxmininə görə Corc Vaşinqton, amma əmin deyildi) soruşublar.

Lakin bir azyaşlı qız - təxminən 4 yaşlı - daha cəsarətli və yerində bir sual verib:

- "İndiyə qədər neçə nəfəri işdən çıxarıb?"

Leavitt gülərək cavab verib:

"İndiyədək əslində heç kəsi işdən çıxarmamışıq, yalnız bir nəfər öz istəyilə vəzifəsini tərk edib. Amma komanda olaraq əla işləyirik. Hələlik hər şey yaxşıdır."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
0
1
milli.az

10Sources