Ağstafada 27 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazində baş verib.
Rayon sakini 1998-ci il təvəllüdlü K. Aşurov döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyata götürülən kişinin vəziyyətinin orta ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu