Gəncədə restoranlardan birində tanışlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Y.İbrahimov bədənin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir.
Restoranda mübahisənin hansı səbəbdən yaranması və 31 yaşlı kişinin kim tərəfindən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu