EN

Donald Tramp Vladimir Putinə heç bir güzəştə getməyib – ABŞ dövlət katibi Marko Rubio

Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində Vladimir Putinə heç bir güzəştə getməyib.

Editor.az bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. O, Senatın Respublika administrasiyasının Ukrayna ilə bağlı siyasətini tənqid etməsinə belə cavab verib. İclasda iştirak edən senatorlardan biri deyib ki, Tramp administrasiyası Ukrayna ilə danışıqlar başlamazdan əvvəl Rusiyaya “rıçaq əldə etməyə” imkan verib. Marko Rubio bu tezislə razılaşmayıb: “Ruslara qarşı bir dənə də olsun sanksiya götürülməyib.

Əvvəlki administrasiya dövründə tətbiq edilən bütün sanksiyalar qüvvədə qalır. Riçaqdan imtina etmək ideyası… bizdə əvvəlki administrasiyada olduğu kimi bu gün də eyni rıçaq var.” “O (Vladimir Putin) heç bir güzəştə nail olmadı”, – ABŞ dövlət katibi vurğulayıb.

“Axios”un mənbələrə istinadən verdiyi məlumata görə, Donald Tramp Vladimir Putinlə dünənki telefon danışığından sonra Rusiya prezidentinin Ukraynada atəşkəslə bağlı dərhal danışıqlara başlamağa razı olduğunu bildirib. Nəşrin məlumatına görə, Amerika prezidenti Vladimir Putinin atəşkəs şərtləri ilə “sülh memorandumu” təqdim edəcəyini deyib. Eyni zamanda, mənbənin sözlərinə görə, Amerika lideri əmin edib ki, o, rusiyalı həmkarından “razılaşa biləcəkləri” şərtləri təqdim etməyi xahiş edib.

//Samir Qurbanov, Editor.az

Chosen
0
49
editor.az

10Sources