EN

Rusiya XİN: Atəşkəs olmadan danışıqların mümkünsüzlüyü ilə bağlı düstur tənqidə tab gətirmir

Qərb ölkələrinin irəli sürdüyü Ukrayna üzrə danışıqların hərbi əməliyyat şəraitində guya qeyri-mümkün olduğu formulası heç bir tənqidə tab gətirmir.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qərbdən eşitdiklərimizə görə, müharibə şəraitində danışıqların qeyri-mümkünlüyü ilə bağlı təbliğ etdikləri bu yeni formula <…>, bütün bunlar, əlbəttə ki, heç bir tənqidə dözmür”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, əslində Qərb ölkələri Ukraynada sülhün əldə olunmasında maraqlı deyil. Onların yeganə məqsədi Kiyevə nəyin bahasına olursa-olsun möhlət verməkdir ki, Moskva ilə silahlı qarşıdurmanı davam etdirə bilsin.

Zaxarovanın qeyd etdiyi kimi, Rusiya Federasiyasının mülki əhalisinə qarşı hər gün cinayət törədən Ukrayna hərbçiləridir. O, Almaniya, Fransa və Britaniya siyasətçilərini bu faktı xatırlamağa çağırıb.

Chosen
0
50
nocomment.az

10Sources