EN

Əminə Əliyevanın İtaliyadan möhtəşəm dönüşü - VİDEO

Əminə

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.“Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.Oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13–15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11–12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13–15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.My Webpage✍️"Ulusum".az

Diqqət Çəkənlər

Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO

Bu bizim müharibəmiz deyil” – ABŞ-dan Ukrayna ilə bağlı sərt siqnal!

Mətbəxdə Möcüzə Yarandımı? Bəli, Bizim Süd Çörəyimiz Sayəsində!

Chosen
0
9
ulusum.az

10Sources