AZ

Dünya çempionatında uğurlu etmiş Azərbaycan millisi Vətənə dönüb

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında uğurlu etmiş Azərbaycan millisi Vətənə dönüb.

İdman.biz xəbər verir ki, idmançılarmızı Heydər Əliyev Beynəlxalq Hava Limanında media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

“Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.

Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kq) dünya çempionu olub. Oğlanlar arasında isə Rəsul Əsgərov (11-12 yaş, 36 kq), Hüseyn Əliyev (13-15 yaş, 48 kq), Toğrul Mikayılov (böyüklər, 65 kq), Eller Orucov (böyüklər, 75 kq) qızıl, Əli Baxışov (11-12 yaş, 33 kq) və Əkbər Əhmədzadə (13-15 yaş, 70 kq) gümüş mükafata yiyələniblər.

Qeyd edək ki, millimiz yarışı komanda hesabında 3-cü pillədə başa vurub.

İdman.biz

Seçilən
0
15
idman.biz

10Mənbələr