EN

Pakistanda partlayış: ölən və xəsarət alanlar var

Pakistanın cənubundakı Bəlucistan əyalətində partlayış törədilib.

Ajans.az REPORTA-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat orqanlarında xəbərlər yayınlanıb.  İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, daha 11 nəfər yaralanıb. Qeyd edilir ki, avtomobilə qoyulan partlayıcı işə düşüb. Partlayış nəticəində ətrafdakı avtomobillərə və mağazalara ziyan dəyib, hücum edənlərin hərbi obyekti hədəfə alması ehtimal olunur. Məlumata görə, hadisədən sonra hücumu törətməkdə şübhəli bilinən silahlı şəxslərlə hərbçilər arasında atışma olub.

Digər təfərrüatlar açıqlanmır.

Chosen
0
4
Ajans.az

10Sources