EN

Lənkəranda qəzalarda 10 nəfər yaralandı - 5-i bir ailənin üzvüdür (FOTO)

Lənkəranda ayrı-ayrı ünvanlarda yol nəqliyyat hadisələri baş verib.

"Unikal"ın verdiyi xəbərə görə, axşam saatlarında Lənkəran rayonunun ayrı-ayrı ünvanlarında yol-nəqliyyat hadisələri baş verib.

Qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb. "Toyota" RAV4, "Lada" Granada, "VAZ-2106", "Nissan" və "Mercedes" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzada 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonunun Velədi kənd sakinləridir.

1. 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov

2. 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova

3. 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov

4. 2016-cı il təvəllüdlü Z.Nəcəfova

5. 2024-cü il təvəllüdlü R.Nəcəfova

6. 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov

7. Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev

8. Masallı rayon Sığıncaq kənd sakini 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova

9. Masallı rayon Sığıncaq kənd sakini 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və

10. Masallı rayonunun Bədəlan kənd sakini 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov.

Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
0
5
unikal.az

10Sources