AZ

Lənkəran qəzalarında xəsarət alanların SON DURUMU

18 may 2025-ci il tarixində Lənkəran rayonunda baş verən iki ayrı yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 10 nəfər xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin Bizim.Media-nın sorğusuna cavab olaraq verdiyi məlumata görə, saat 17:05 radələrində Gərmətük qəsəbəsi ərazisində baş verən qəzada 5 nəfər (2 kişi, 1 qadın və 2 azyaşlı) müxtəlif dərəcəli bədən travmaları ilə xəstəxananın Təcili yardım şöbəsinə yerləşdirilib.
 

Həmin gün saat 17:55 radələrində Lənkəran şəhəri, Heydər Əliyev prospektində baş vermiş ikinci yol-nəqliyyat hadisəsi nəticəsində daha 5 nəfər (3 kişi və 2 qadın) xəsarət alaraq eyni xəstəxanaya hospitalizasiya olunub.


Hər iki hadisə zamanı yaralılara zəruri ilkin tibbi yardım göstərilib, onların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Xəsarət alanların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
2
bizim.media

10Mənbələr