Avropa İttifaqının aparıcı liderləri ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə planlaşdırılan zəngindən əvvəl onunla birbaşa danışmaq niyyətindədirlər.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Mertz "Reuters" agentliyinə açıqlamasında bildirib.
Mertz qeyd edib ki, bu məsələni Vatikanda Papa XIV Levin inaqurasiya mərasimi zamanı ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edib.
Almaniya kansleri həmçinin Vatikan görüşləri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə də geniş fikir mübadiləsi apardığını vurğulayıb.
Avropa liderlərinin bu təşəbbüsü, bölgədəki diplomatik balansın saxlanılması və Moskva ilə Vaşinqton arasındakı mümkün yeni dialoqun Avropanın maraqlarına zidd olmaması üçün atılmış addım kimi dəyərləndirilir.
Musavat.com