EN

Ərəb dövlətləri ABŞ və İran arasında aparılan danışıqları alqışlayıblar

BAKI, TurkicWorld

Ərəb Dövlətləri Liqasına üzv ölkələr Tehranla bağlı nüvə proqramı məsələsinin həllinə dair ABŞ və İran arasında aparılan danışıqları dəstəklədiklərini bəyan ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Bağdadda keçirilən sammitin yekununda qəbul edilən bəyannamədə qeyd olunub.

“Beynəlxalq arenada artan gərginliklər diplomatiyanın zəiflədiyini və münaqişələrin həllində güc faktorunun daha ön plana çıxdığını göstərir. Bu kontekstdə, biz İran və ABŞ arasında aparılan danışıqları dəstəkləyirik. Danışıqların məqsədi nüvə enerjisindən dinc məqsədlərlə istifadəni təmin etmək və uran zənginləşdirilməsi səviyyəsinin dinc ehtiyacları aşmaması üçün razılığa nail olmaqdır” - deyə, sənəddə bildirilib.

Ərəb ölkələrinin liderləri, həmçinin bu danışıqlarda Omanın vasitəçilik rolunu xüsusi vurğulayıblar.

Bağdaddakı sammitin iştirakçıları Yaxın Şərqdə nüvə silahından və digər kütləvi qırğın silahlarından azad zona yaradılmasının vacibliyini bir daha təsdiqləyiblər. Bu çərçivədə, ərəb liderləri bütün tərəfləri “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə qoşulmağa çağırıblar.

Qeyd edək ki, mayın 11-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında, Tehranın nüvə proqramı üzrə danışıqların dördüncü raundu keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. Araqçi danışıqların əvvəlkilərlə müqayisədə daha ciddi və səmimi keçdiyini, tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdığını bildirib. mayın 16-da isə ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehrana böhranın həllinə dair yazılı təklif təqdim edib.

Chosen
0
50
turkic.world

10Sources