EN

Pakistanlı ailəni qəzaya salan "Prius" sürücüsünə hökm oxundu

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Ayxan Cəfərovun Kürdəmir Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Cəfərov 5 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il baş verib. Göygöl rayon sakini, 1991-ci il təvəllüdlü Ayxan Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində idarəetməni itirərək eyni hərəkət zolağında hərəkətdə olan "Toyota Corolla" markalı avtomobilə çırpılıb, yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində "Prius"da olan Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Bəşir Malik Xan Kamran hadisə yerində ölüb, onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Raviya Amin Pakistani və oğlu, 2018-ci il təvəllüdlü Zami Ali Kamran xəsarət alıblar.

 
 

Chosen
0
1
7news.az

10Sources