EN

Kim Çen In Şimali Koreya ordusunu müharibəyə hazır olmağa çağırıb

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun 1-ci Qvardiya Hərbi Hava Qüvvələri diviziyasının aviasiya alayına baş çəkib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Məlumata əsasən, Kim Çen In Hərbi Hava Qüvvələri eskadrilyasının təlimlərinə rəhbərlik edib.

Qeyd edilib ki, təlimlərdə hava eskadrilyaları, zenit-raket bölmələri, radar və elektron döyüş bölmələrinin hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşq edilib. Təlimlərdə qanadlı raketlərin və kamikadze hücum pilotsuz uçan aparatlarının izlənməsi və məhv edilməsi, hücum pilotsuz təyyarələrinin elektron vasitələrlə zərərsizləşdirilməsi və məhv edilməsi məşq edilib. Həmçinin təlimlər zamanı yeni uzaqmənzilli və sürüşən idarə olunan bombanın sınaqları keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
6
olaylar.az

8Sources