Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, komissiyanın 7-ci – sonuncu iclası keçirilib.
İclasda 100-dən çox müraciətə baxılıb. Bu il keçirilən, 3 ayadək davam edən toplantılarda ümumilikdə 800-dən çox müraciətə baxılıb. Baxılan müraciətlər yaxın zamanlarda komissiya tərəfindən Prezidentə təqdim olunacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.