EN

Əfv Komissiyasının sonuncu iclası keçirildi - siyahı Prezidentə təqdim olunacaq...


Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib. Bu barədə Trend-ə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub: "Rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dək müraciətə baxılıb.

Chosen
0
7
baki-xeber.com

10Sources