Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqazinfo-ya komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.
Sonuncu iclas da daxil olmaqla, baxılan müraciətlərin ümumi sayı 800-ə yaxın olub.
Siyahı dövlət başçısına təqdim ediləcək.
Qeyd edək ki, Komissiyanın iclasları nəzərdə tutulan əfvlə bağlı keçirilib.
Bizim.Media