ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna böhranının həlli üçün nəzərdə tutulan görüşün vaxtı və yeri hələ müəyyən edilməyib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, cümə axşamı “Fox News”a deyib ki, görüşün tarixi və yerini bilmir, lakin bu görüş Ukrayna müharibəsinin dayandırılması üçün hazırda yeganə fürsətdir.
Bundan əvvəl Tramp bildirib ki, Ukraynadakı münaqişənin həllində irəliləyiş onun Putinlə görüşə bilib-bilməyəcəyindən asılıdır. Ağ Ev sahibi əlavə edib ki, onların görüşü mümkün qədər tez baş tutmalıdır.