EN

Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirildi - FOTO

1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq, mayın 16-da Naxçıvana gətirilib.

"Unikal" xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub  və şəhidin cənazəsinin önündən keçilib.

Şəhidlə doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Chosen
0
14
unikal.az

10Sources