EN

Ərdoğan və Zelenski Rusiya-Ukrayna sülh danışıqlarını müzakirə edəcək

Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərini müzakirə edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildib.

O qeyd edib ki, səfər zamanı keçiriləcək ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdə Ərdoğan atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyini vurğulayacaq.

Chosen
0
3
xalqcebhesi.az

10Sources