Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlarda tərəfləri dərhal atəşkəsə çağıracaq.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələrin bütün aspektlərini müzakirə edəcək”, – o bildirib.