Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş:
"Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim".
Bu mübahisəyə necə son qoyula bilər?
Olaylar.az xəbər verir ki, qarşı tərəfin sözlərinə görə, bu fabriki onların ataları tikib. Məhkəmədə isə qarşı tərəf qalib gəlib, yəni Dilavər Babaşovun iddiası rədd edilib.
Görünən odur ki, 2 şəxs arasında olan ədavətə son olaraq məhkəmə müstəvisində yenidən aydınlıq gətiriləcək. Nəticəni isə zaman göstərəcək. (milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31