Azərbaycan Premyer Liqasının XXXIV turunun "Kəpəz" - "Sumqayıt" oyununda dava baş verib.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan görüşün 86-cı dəqiqəsində futbolçular arasında qarşıdurma olub.
Baş hakim İnqilab Məmmədov insidentdən sonra qonaqların futbolçusu Vüqar Mustafayevə qırmızı vərəqə göstərib. Bir neçə oyunçu isə sarı vərəqə ilə cəzalanıb.