AZ

Ronaldonun yoxluğunda qazanılan 9:0... VİDEO

Səudiyyə Ərəbistanı çempionatında 31-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” səfərdə “Əl-Uxdud”la qarşılaşıb və rəqibini 9 cavabsız qolla məğlub edib.

Portuqaliyalı ulduz bu görüşün iştirak ərizəsində yer almayıb. “Əl-Nəsr”in daha bir lideri Sadio Mane isə matçda 4 qol vurub.

Çempionluq şansını itirən “Əl-Nəsr” 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr