EN

Azərbaycan - Ukrayna oyunu harda keçiriləcək?

Millimizin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə Ukrayna ilə yanaşı, Fransa və İslandiyaya da qarşı mübarizə aparacaq.

Chosen
0
8
football-plus.az

10Sources