EN

Belə sərgilər nə qədər çox olsa, bir o qədər şirkətlərin təşviqi ilə məşğul olacağıq - AZPROMO-nun icraçı direktoru

Bakı. Trend:

Nə qədər belə platformalar, sərgilər çox olsa, biz bir o qədərbu cür sərgilərdə şirkətlərin təşviqi ilə məşğul olacağıq.

Bunu Trend-əaçıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin –AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi("Caspian Agro") artıq illərdir ki, özünü ciddi bir platforma kimisahibkarlara təqdim edir: "Sərgiyə xarici şirkətlərin marağıildən-ilə artır. Sərginin həcminə də baxdıqda biz bunu görürük. Buonun göstəricisidir ki, həm daxili, həm də xarici şirkətlər sərgidəiştirakda ciddi maraqlıdırlar. AZPROMO olaraq bizim işimiz əsasənqeyri-neft-qaz ixracını genişləndirməkdir. Nə qədər beləplatformalar, sərgilər çox olsa, biz bir o qədər bu cür sərgilərdəşirkətlərin təşviqi ilə məşğul olacağıq".

Sərgidə 8 yerli şirkətin təmsil olunduğunu söyləyən YusifAbdullayev vurğulayıb ki, onların arasında məhsullarını ixrac edənvə etməyən şirkətlər də var: "Məhz onların bu gün bizim stenddədurmasının səbəblərindən biri də odur ki, məhsullarını bu sərgivasitəsilə yeni bazarlara çıxara bilsinlər.

Eyni zamanda, AZPROMO stendində digər şirkətlər də var ki,Yaponiya, ABŞ, İsrail və Rusiya kimi ölkələrə məhsullarını ixracedirlər. Həmçinin stendimizdə Yeni Zelandiyaya qədər məhsulunuixrac edən yerli şirkət də mövcuddur".

"Biz həm məhsullarını ixrac etməyən, həm də ixrac edən yerlişirkətlərə dəstək olmağa çalışırıq. Ümid edirik, məhsullarını ixracetməyən yerli şirkətlər partnyorlarının tapılması üçün sərgidənmaksimum yararlanacaq", - deyə Y. Abdullayev qeyd edib.

Məqalədə:
Chosen
0
50
az.trend.az

10Sources