EN

Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edənƏCNƏBİLƏR SAXLANILDI

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Senzor.az-a bildirilib ki, mayın 7-də DSX-nın Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

 

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Chosen
0
42
senzor.az

10Sources