EN

Qızı Maradonanın ölümünə görə həkimləri ittiham edir

Argentinalı futbolçu Dieqo Maradonanın qızı Cianina ölüm işi ilə bağlı keçirilən dinləmələr zamanı atasının sağlamlıq vəziyyətinə dair müalicə həkimini xəbərdar etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Infobae məlumat yayıb.

Cianinanın sözlərinə görə, 2020-ci ilin oktyabr ayında Maradona günləri səhv salırmış və nəvəsinin köynəyindəki öz şəklini tanıya bilmirmiş

"Mən həkim Leopoldu Lukelaya dedim ki, fikrimcə, atamın vəziyyəti yaxşı deyil, o bədbəxt görünür, çox yorğundur, ləngiyir və getdikcə yeriməkdə çətinlik çəkir. Luke isə mənə bildirdi ki, onun qayğısına qalırlar", deyə Maradonanın qızı qeyd edib.

O əlavə edib ki, noyabrın əvvəlində beyin əməliyyatından sonra atasının xəstəxanadan evə buraxılması ilə razılaşmasa da, həkimlərin rəyinə güvənib.

Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. O, 1984-1991-ci illərdə "Napoli" klubunda çıxış edərək İtaliya çempionluğunu iki dəfə qazanıb. Bundan əlavə, o, "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Sevilya" və "Nyuells Old Boyz" klublarında da oynayıb. 2010-cu il dünya çempionatında Argentina millisinin baş məşqçisi kimi komandası ilə 1/4 finala qədər yüksəlib.

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri mart ayında başlayıb. 2022-ci ilin iyununda prokurorluq futbolçunun səhlənkarlıq nəticəsində ölümündə səkkiz tibb işçisini ittiham edib. Aralarında Luke də olmaqla təqsirləndirilən şəxsləri səkkiz ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Poliqon.info

Chosen
0
9
poliqon.info

10Sources