Bakı, 14 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində 15 min 900-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 54,8 faizini kişilər, 45,2 faizini isə qadınlar təşkil edib.