Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün altıncı oyun keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, "Sabah" - "Neftçi" qarşılaşması saat 19:00-da başlayacaq.
Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.
Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.