EN

Azərbaycan “Avroviziya 2025”in finalına keçə bilmədi - VİDEO + YENİLƏNİB

Avroviziya-2025” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. 

Adalet.az xəbər verir ki, finala keçən ölkələr Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukraynadır.



23:25

İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayıb.

Adalet.az xəbər verir ki, Azərbaycan təmsilçisi olan “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq.

Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər. Digər yarımfinalçılar İslandiya, Polşa Sloveniya, Estoniya, Ukrayna, İsveç, Portuqaliya, Norveç, Belçika, San-Marino, Albaniya, Niderland, Xorvatiya, Kiprdir.

    Qeyd edək ki, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də başa tutacaq.

     

    Chosen
    0
    2
    adalet.az

    10Sources