Aktyor Kamran Ağabalayev taksi sürücülərindən şikayət edib.
Musavat.com xəbər verir ki, sosial şəbəkədə taksidə lentə aldığı videonu izləyiciləri ilə bölüşən aktyor bunları deyib:
"Taksi sifariş etmişəm və ilk olaraq o möhtəşəm sual verilir, "taksi sifariş etmişdiniz?". Dedim ki, bəli, etmişəm. Sonra düşürsən taksi gözləməyə və 5 dəqiqə sonra zəng gəlir ki, hardasınız? Cavab verirəm ki, ünvandayam. Deyir ki, üzrlü sayın, maşın və nömrəsi başqadır. Dedim yaxşı. İndi də sizinlə danışa-danışa oturub gözləyirəm. Taksi sürücüsü siqaret almağa gedib.
Taksi mövzusu artıq problemə çevrilib. Mən kimə və necə başa salım ki, heç kimlə ünsiyyət qurmadan taksi sifariş vermək istəyirəm? Sürücülərin 10-dan 9-u yığır ki, taksi sifariş vermisiniz? Sualdır bu?".
Kamranın fikirləri müzairəyə səbəb olub. Aktyora haqq qazandıranlar da olub, tənqid edənlər də.
Könül İbrahim,
Musavat.com