EN

BTQ və “Nazione” təşkilatı Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

İtaliyanın paytaxtı Romada mayın 13-də "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan "Nazione" Hərəkatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
 
Moderator.az xəbər verir ki, tədbir BTQ və "Nazione" hərəkatının birgə təşkilatçılığı ilə keçirilib.
 
Sənədə əsasən, BTQ və "Nazione" koloniliazm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər. Bu məqsədlə tərəflər müştərək təşəbbüslər həyata keçirəcəklər. Bundan əlavə, BTQ və "Nazione" beynəlxalq platformalarda birgə addımlar atmağı razılaşdırıblar.
 
Konfransda "Nazione" Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak ediblər.
 
Tədbir bir il öncə, 2024-cü ilin may ayının 13-ü Fransanın hüquq-mühafizə orqanları və onların dəstəklədiyi qeyri-qanuni milis dəstələri tərəfindən Kanakidə (Yeni Kaledoniya) qətlə yetirilmiş kanakların xatirəsinin yad edilməsi ilə başlayıb.
 
BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın kanak, Korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib və bu xüsusda görülmüş işlərdən danışıb.
 
Konfrans çərçivəsində "Nazione" Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasəti kəskin pislənilib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırılıb.
 
"Nazione" Hərəkatının gənclər bölməsinin rəhbəri Çilianu Begliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək, korsikalı yazıçı Lisandru Bassaninin "Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir" fikirini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini qeyd edib.
 
"Nazione" Hərəkatının üzvləri Tyeri Kasolasko və Jan-Filip Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq, vəziyyətinin belə davam edəcəyi təqdirdə, minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib. Bu xüsusda, onlar, Fransa hüquq-mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğurunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışıblar.
 
"Nazione" Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Frensva Benedetti müstəqil Korsikanın 1755-ci il tarixli Konstitusiyasına istinad edərək, "Qanuni əsasda özünün yiyəsi olan Korsika xalqı…" ifadəsini xatırladıb. Adanın 1769-cu ildə Fransa tərəfindən işğal edildiyini qeyd edərək, Korsika xalqının öz müstəqilliyinə bərpa etmək istəyinin müzakirə obyekti olmadığını qeyd edərək, "Nazione" Hərəkatının bu istiqamətdə mübarizəsini davam edəcəyini bildirib.
 
O, hazırda əsas hədəfin Korsikanın BMT-nin dekolonizasiya edilməli olan əraziləri siyahısına daxil edilməsinin olduğunu bildirib və BTQ-dən bu istiqamətdə dəstək xahiş edib.
 
Milli Məclisdə fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev Korsikanın işğalının tarixi aspektləri, eləcə də adanın dövlətçilik ənənələrindən danışıb və Korsika xalqının müstəqilliyi haqq etdiyini vurğulayıb. O, korsikalı deputatları Azərbaycana dəvət edərək, əməkdaşlığa hazır olduqlarını deyib.
Chosen
0
7
moderator.az

10Sources