İtaliyanın Roma şəhərində Bakı Təşəbbüs Qrupu və Korsika Nazione Hərəkatının birgə təşkilatçılığı ilə "Milli Kimlik, Müqavimət və Suverenlik: Korsika üçün perspektivlər" mövzusunda tematik konfrans öz işinə başlayıb.
Bu barədə APA-ya Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbir qlobal diqqətin Korsikanın suverenliyə əsas hüquqları uğrunda mübarizəsinə cəlb olunması məqsədi daşıyır.