Mayın 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 2.81% – 42,410.10 bəndədək, S&P 500 indeksi 3.26% – 5,844.19 bəndədək, Nasdaq indeksi isə 4.35% – 18,708.34 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 8-də FTSE 100 indeksi 0.59% – 8,604.98 bəndədək, Almaniyanın DAX indeksi 0.29% – 23,566.54 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.37% – 7,850.10 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.12% artaraq 1.1242 dollar təşkil edib.