EN

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

Bakı. Trend:

İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı“Birbank” ilə tərəfdaşlığını genişləndirərək rəqəmsal yeniliklər vəmüştəri məmnuniyyəti istiqamətində növbəti addımı atır.  Butəşəbbüs nəticəsində istifadəçilərə seçilmiş “Birbank”filiallarında “Bakcell” nömrələrinin təqdimatı və “Birbank” mobiltətbiqi vasitəsilə tam inteqrasiya olunmuş aktivləşdirmə təklifolunur. Tərəfdaşlığın əsas məqsədi innovasiya əsasındamüştəriyönümlü və funksional xidmət modelininformalaşdırılmasıdır.  

Qeyd edək ki, “Bakcell” nömrələri “Birbank”ın “Gənclik Mall”,“Sahil”, “28 Mall”, “Binəqədi” və “Sumqayıt” filiallarındaquraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur.İstifadəçilər stend və ya SIM paketinin üzərindəki QR kodu“Birbank” tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətlişəkildə aktivləşdirə, daha sonra “Bakcell”in “Birinci” tarifpaketindən faydalana bilərlər. Bu tarifə qoşulan müştərilər,həmçinin “Trendyol”, “Umico”, “m10” və “Birbank” platformalarındanistifadə zamanı xüsusi fürsət və əlavə imkanlar əldə edəcəklər.Yaxın gələcəkdə isə digər “Birbank” filiallarında da yeni “Bakcell”stendlərinin quraşdırılması planlaşdırılır.

Əlavə olaraq, nömrələr “Əhmədli” ərazisində, həmçinin “Koroğlu”,“20 Yanvar” və “Şah İsmayıl Xətai” metro stansiyalarınınyaxınlığındakı “Bravo” hipermarketlərində yerləşən “Bakcell”stendlərindən də əldə edilə bilər.

Bu təşəbbüs “Bakcell”in müştəriyönümlü yanaşmasını əks etdirənvə müştəri təcrübəsinin hər mərhələsində rəqəmsal yeniliyi təşviqedən növbəti uğurlu addımdır.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllərvasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir vəAzərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biridir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Məqalədə:
Chosen
0
30
az.trend.az

10Sources