EN

Azərbaycan və Bolqarıstan diplomatları Dəməşqdə Suriyadakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bolqarıstanlı həmkarı Çavdar Mitevlə görüşüb.

Bu barədə "Report" Azərbaycanın Dəməşqdəki səfirliyinə istinadən xəbər verir.

Görüş zamanı diplomatlar Suriya və onun ətrafındakı vəziyyətlə bağlı aktual regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Chosen
0
7
report.az

10Sources