EN

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.
 
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
 
Xatırladaq ki, Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.
 
"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb. 
 
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
 
Chosen
0
50
moderator.az

10Sources