Qırğızıstanda kütləvi iğtişaşların hazırlanmasında iştirakda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
“Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Çuy vilayəti Daxili İşlər Baş İdarəsindən bildirilib.
Qruplaşmanın fəal üzvü - Cəlalabad vilayətinin 44 yaşlı sakini, Temiş ləqəbli Ş. E. K. saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun hakimiyyəti ələ keçirmək məqsədilə kütləvi iğtişaşlara çağırışlarla bağlı paylaşımlar etməkdə ittiham olunan Tilekmat Kurenovla əlaqəsi olduğu bildirilir.
"Keçmiş siyasi xadimlər, mütəşəkkil cinayətkar dəstə üzvləri və fəallardan ibarət qrup aşkar edilib. Polis iddia edir ki, onların məqsədi Çuy vilayətində və digər bölgələrdə kütləvi iğtişaşlar təşkil etmək, qanunsuz aksiyalar keçirmək olub", - qurumdan qeyd olunub.
İstintaq davam edir.