EN

Qurban Qurbanov Berdıyevin rəhbərliyi altında oynayacaq - VİDEO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə AMF-nin mətbuat xidməti məlumat yayıb.
 
“Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” komandaları arasında oynanılacaq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında təşkil olunacaq.
 
Qarşılaşma saat 20:00 da başlayacaq.
 
Qeyd edək ki, "Premyerliqa məşqçiləri" komandasının baş məşqçisi "Turan Tovuz" kollektivinin rəhbəri Kurban Berdıyev olacaq. Onun rəhbərliyi altında Qurban Qurbanov, Rəşad Sadıqov, Vasili Berezutski kimi mütəxəssislər çıxış edəcəklər.
 
"Neftçi 2000-lər"ə isə Ağasəlim Mircavadov başçılıq edəcək. Mircavadov Mahmud Qurbanov, Vidadi Rzayev, Zaur Tağızadə və digərlərini meydanda idarə edəcək.

Chosen
0
2
moderator.az

3Sources