AZ

Qurbanov Berdıyevin rəhbərliyi altında oynayacaq – Video

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə AMF-nin mətbuat xidməti məlumat yayıb.

“Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” komandaları arasında oynanılacaq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qarşılaşma saat 20:00 da başlayacaq.

Qeyd edək ki, “Premyerliqa məşqçiləri” komandasının baş məşqçisi “Turan Tovuz” kollektivinin rəhbəri Qurban Berdıyev olacaq. Onun rəhbərliyi altında Qurban Qurbanov, Rəşad Sadıqov, Vasili Berezutski kimi mütəxəssislər çıxış edəcəklər.

“Neftçi 2000-lər”ə isə Ağasəlim Mircavadov başçılıq edəcək. Mircavadov Mahmud Qurbanov, Vidadi Rzayev, Zaur Tağızadə və digərlərini meydanda idarə edəcək.

Seçilən
0
2
konkret.az

3Mənbələr