EN

Tramp: "ABŞ tarixində ən mühüm sərəncamlardan birini imzalayacağam"

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi ABŞ-də dərman qiymətlərinin 30-80% azaldılmasını nəzərdə tutan sərəncam imzalamaq niyyətindədir...

Oxu.Az xəbər verir ki, o bu barədə "Truth Social" şəbəkəsindəki hesabında bildirib.

"Ölkəmizin tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağımı elan etməkdən məmnunam. Dərmanların qiymətləri, demək olar ki, dərhal 30-80% azalacaq", - deyə o yazıb.

Tramp uzun illərdir ki, ABŞ-də dərmanların baha olmasından narahatlığını vurğulayıb. O, həmçinin bildirib ki, vəziyyəti tarazlamaq və Amerikaya ədalət gətirmək üçün dünyada dərman qiymətləri yüksələ bilər.

Poliqon.info

Chosen
0
3
poliqon.info

7Sources