AZ

Donald Tramp dərman qiymətlərinin azaldılması üçün sərəncam imzalayır

ABŞ prezidenti Donald Tramp mayın 12-də ölkədə dərman qiymətlərinin 30–80 faiz azaldılmasını nəzərdə tutan sərəncam imzalamağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında məlumat verib.

“Mən Ağ Evdə xalqımızın tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağımı elan etməkdən məmnunam. Dərmanların qiymətləri demək olar ki, dərhal 30–80 faiz azalacaq”, – Tramp mayın 11-də yazıb.

O, uzun illərdir ABŞ-də dərmanların baha olmasından narahat olduğunu vurğulayıb.

Seçilən
0
5
operativmedia.az

7Mənbələr