Yakutiyanın kənd təsərrüfatı naziri Artem Aleksandrov Qələbənin 80 illiyinə layiq olmayan hədiyyələrə görə sənaye veteranlarından üzr istəyib.
Herbiand.az bu barədə RİA Novosti-yə isttinadən bildirir.
Nazirlikdən bildirilib ki, veteranlara digər hədiyyə dəstləri veriləcək.
Sosial şəbəkə istifadəçiləri və Yakutiya KİV-ləri Qələbə Günü şərəfinə sənaye veteranı Taisiya Xromovaya Yakutiya Kənd Təsərrüfatı Nazirliyinin hədiyyəsi olaraq ötənilki şorba sümüyü dəsti, kəsmik və mayalanmış bişmiş südün hədiyyə edildiyi barədə məlumat yayıblar. Bu xəbər ictimai rezonansa səbəb olub.
“Mən çox təəssüf edirəm ki, cəbhə və əmək veteranı, yarım əsrdən artıq “Selxoztexnika” respublika birliyində çalışmış müharibə veteranının dul arvadı Taisiya Trofimovna Xromova, o cümlədən kənd təsərrüfatı və aqrar-sənaye kompleksinin digər veteranlarına qələbənin 80-ci ildönümünə layiq olmayan hədiyyələr göndərilib. Şəxsən öz adımdan, nazirliyimiz və sənayenin bütün işçiləri adından veteranlar və onların ailələrindən üzr istəyirəm. Yaxın günlərdə digər hədiyyə dəstlərinin təqdimatı ilə bir daha hörmətli veteranlarımızı, mentorlarımızı təbrik edəcəyik, - nazirliyin məlumatınmda deyilib.
Kənd təsərrüfatı naziri daxili araşdırmanın aparılacağını qeyd edib: “Biz ümumilikdə bayram tədbirlərinə yanaşmalarımızı nəzərdən keçirəcəyik. Belə halların bir daha təkrarlanmaması və veteranlarımıza göstərilən diqqətin hər zaman layiqincə olması üçün əlimizdən gələni edəcəyik. Mayın 10-da mənim birinci müavinim Anna Struçkova veteranı ziyarət edib və bütün nazirlik adından üzr istəyib”.
Bəxtiyar CƏFƏRLİ