EN

Peresdən Mourinyoya zəng -

Karlo Ançelotti ilə yollarını ayırmağa qərar verən "Real Madrid"in prezidenti Florentino Peres "Fənərbaxça"nın məşçqisi Joze Mourinyoya zəng edib. Metbuat.az xəbər verir ki, tərəflər arasında telefon danışığının Mourinyonun adının “Real”la hallanmasına səbəb olub. İspaniya mediasının məlumatına görə, Peres Mourinyoya “Real”la bağlı məsləhət almaq üçün zəng edib. İddialara görə, Peres Mourinyodan Xabi Alonso ilə bağlı soruşub. Portuqaliyalı məşqçi isə Alonsonu tərifləyib. Mourinyo bildirib ki, Xabi Alonso istedadlı məşqçidir.

Qeyd edək ki, Xabi Alonso “Bayer Leverkuzen”dən ayrılacağını açıqlayıb. Onun “Real Madrid”lə razılığa gəldiyi irəli sürülür.

Chosen
0
metbuat.az

1Sources