EN

Mbappe “Real”da yeni rekorda imza atdı

Mbappe

Fransız hücumçu Kilian Mbappe Madrid “Real”ındakı debüt mövsümündə vurduğu qollarla çilili İvan Samoranoya məxsus rekordu qırıb.Mbappe bu mövsüm “Real”ın heyətində artıq 39 qol vurub. O, La Liqanın 36-cı turunda “Barselona”ya qarşı keçirilən görüşdə het-trik edib.Samorano 1992–1996-cı illərdə “Real”da çıxış etmişdi.Kataloniyada baş tutan qarşılaşma 4:3 hesabı ilə başa çatıb. Oyunun 5-ci dəqiqəsində Mbappe penaltidən hesabı açıb, 14-cü dəqiqədə fərqi artırıb. Ancaq fasiləyədək “Barselona”dan Erik Qarsiya, Lamin Yamal və dubl edən Rafinhanın qolları ilə “Real”ın qapısına 4 qol vurulub. İkinci hissədə Mbappe fərqi azaldaraq, oyunda üçüncü qolunu vurub.Hazırda İspaniya çempionatının turnir cədvəlində “Barselona” 82 xalla birinci, “Real Madrid” 75 xalla ikinci, “Atletiko Madrid” isə 70 xalla üçüncüdür.Növbəti turda “Barselona” “Espanyol”, “Real” isə “Mayorka” ilə qarşılaşacaq.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Krımın Ukraynaya verilməsi: Xruşşovun qərarının arxasında gizlənən həqiqət

Atəşkəsdən sonra masa arxasına? Zelenski Rusiyaya işarə etdi

Sabunçuda köməkçi tikilidə yanğın – Bir nəfər həyatını itirdi

Chosen
0
ulusum.az

1Sources