“Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Qərb təmsilçisi Misli Premyer Liqasının 34-cü turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzub.
40-cı yenilgi 106-cı matça təsadüf edib. Evdə 21-ci dəfə uduzan Tovuz klubu səfərdə 19 məğlubiyyət alıb.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk məğlubiyyətinə 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev oyununda üzülüb – 0:2.